Bu sənəddə (bundan sonra “Sənəd”) qeyd olunan şərtlər, www.shop.azfilter.az
saytı ilə (bundan sonra “Biz”, “Azfilter Group MMC” və ya “Veb-sayt”)
Veb-saytın istifadəçisi (bundan sonra “İstifadəçi”) arasında mübadilə olunan
qarşılıqlı məlumatların konfidensiallığının təmin edilməsi məqsədini daşıyır.
Bu Sənəddə “İstifadəçi” dedikdə, Veb-sayta həm üzv
(müvafiq qaydada qeydiyyatdan keçmiş şəxslər) qismində, həm də üzv olmadan
(qeydiyyatdan keçmədən) ziyarətçi kimi daxil olan şəxslər nəzərdə tutulurlar.
Biz, sizin Veb-sayta daxil olaraq ondan istifadə etdiyiniz
zaman barənizdə Veb-sayta daxil edilmiş məlumatları necə topladığımızı, hansı
qaydada istifadə və mühafizə etdiyimizi sizə aydın şəkildə izah edə bilməyimiz
üçün bu Sənədi tərtib və təsdiq etmişik. Bu Sənədin hazırlanmasında əsas məqsəd,
İstifadəçilərin Veb-saytdan etibarlı şəkildə istifadə etmələrini təmin etmək, həmçinin
Veb-saytda həyata keçirdikləri hər bir hərəkət zamanı daxil etdikləri fərdi məlumatların
konfidensiallığına təminat verildiyinə onları əmin etməkdən ibarətdir. Odur ki,
Veb-saytdan istifadə etməzdən əvvəl saytımızın “Konfidensiallıq Siyasəti” ilə
tanış olmağınızı tövsiyə edirik.
www.shop.azfilter.az veb-saytının “Konfidensiallıq Siyasəti”
başda ölkənin ali qanunu olan Azərbaycan Respublikasının Konstitusiyasına,
habelə Azərbaycan Respubikasının tərəfdar çıxdığı beynəlxalq qanunvericilik
aktlarına, “Fərdi məlumatlar haqqında” Qanuna, “İnformasiya əldə etmək
haqqında” Qanuna və Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil
olan digər normativ hüquqi aktların tələblərinə uyğun olaraq hazırlanmışdır.
www.shop.azfilter.az veb-saytında İstifadəçi ilə Veb-sayt
arasında fərdi məlumat mübadiləsi Azərbaycan Respublikasının Konstitusiyasında
təsbit edilmiş əsas insan və vətəndaş hüquq və azadlıqlarına riayət edilməklə,
qanunçuluq, konfidensiallıq, könüllülüyün məcburiliklə uyğunlaşdırılması
prinsiplərinə əsasən həyata keçirilir.
İstifadəçiyə aid fərdi məlumatlar onun özü tərəfindən
könüllük prinsipinə riayət etməklə təqdim edildiyi andan mühafizə olunur.
İstifadəçinin nəzərinə çatdırırıq ki, onun tərəfindən
təqdim edilmiş məlumatlar (adı, soyadı, atasının adı, doğulduğu tarix və yer,
cinsi, vətəndaşlığı, telefon nömrəsi və elektron ünvanı, yaşadığı və olduğu
yer, ixtisası və iş yeri, məşğul olduğu fəaliyyət növü, ailə vəziyyəti, şəkli və
digər məlumatlar) “Fərdi məlumatlar haqqında” Qanunun 5.2-ci maddəsinə
uyğun olaraq tərəfimizdən qorunur və İstifadəçinin özünün yazılı razılığı
olmadan və ya qanunla müəyyən edilmiş hallar (“Fərdi məlumatlar haqqında” Qanunun
13-cü maddəsində göstərilən hallar) istisna olmaqla, heç bir halda üçüncü şəxslərə,
idarə və təşkilatlara ötürülürmür.
Baş vermiş inzibati xətaları, cinayət əməllərini törətmiş şəxsləri ifşa etmək,
belə hüquqazidd əməllərin nəticələrini aradan qaldıra bilmək məqsədilə, habelə
gələcəkdə baş verə biləcək inzibati xətaların, cinayət əməllərinin qarşısını
almaq, cəmiyyəti belə qəsdlərdən qorumaq məqsədilə Veb-sayta daxil edilmiş məlumatlar
hüquq-mühafizə və məhkəmə orqanlarının təxirəsalınmaz tədbirləri zamanı və ya rəsmi
sorğuları nəticəsində, Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə
əməl edilməklə, İstifadəçinin razılığı alınmadan belə orqanlara təqdim edilə
bilər.
Nəzərinizə çatdırırıq ki, Veb-saytımızda digər veb-saytlara, internet
platformalara keçidlər yerləşdirilə bilər. Belə keçidlərə daxil olmaqla, orada
apardığınız yazışmaların, təqdim etdiyiniz məlumatların konfidensiallığının təmin
edilməməsi ehtimalı hər zaman mövcuddur. Həmin veb-saytlarda, internet
platformalarda təqdim etdiyiniz məlumatlarınızın, hərəkətlərinizin
konfidensiallığına “Azfilter Group MMC” zəmanət vermir və cavabdehlik daşımır.
E-mail: shop@azfilter.az;
İstənilən halda siz fərdi məlumatlarınızı saytda qeyd etməmək
hüququnu özünüzdə saxlayırsınız. Ancaq nəzərə alın ki, Veb-sayt vasitəsi ilə müəyyən
hərəkətləri edə bilməyiniz üçün qeydiyyatdan keçməyiniz və qeydiyyatdan keçərkən
özünüzə aid müxtəlif məlumatlarınızı daxil etməyiniz zəruridir. Əks halda
Veb-saytda nəzərdə tutulmuş imkanlardan istifadə etməyiniz qeyri-mümkün
olacaqdır.
Yuxarıda qeyd olunanlarla yanaşı, həmçinin onu da nəzərinizə
çatdırırıq ki, “Azfilter Group MMC” gələcəkdə istənilən zaman bu
“Konfidensiallıq Siyasəti”nə birtərəfli qaydada dəyişiklik etmək hüququnu özündə
saxlayır. Belə dəyişikliklərin edilməsi müxtəlif zərurətlərdən əmələ gələ bilər
(məsələn: qanunvericiliyə edilmiş müxtəlif dəyişikliklərlə bağlı, istifadəçilərin
Veb-saytdan istifadəsinin daha da asanlaşdırılması, müxtəlif kompaniyaların həyata
keçirilməsi və s.). Lakin hər bir halda, İstifadəçiyə məxsus fərdi məlumatların
konfidensiallığının təmin edilməsi prinsipinin aliliyi Bizim tərəfimizdən hər
zaman rəhbər tutulacaqdır.
Bu sənədlə bağlı hər hansı iradınız, təklif və ya şikayətiniz
olarsa, aşağıdakı vasitələrlə Bizimlə əlaqə saxlamağınızı xahiş edirik.
Telefon: +994 12 437 90 37;
Ünvan: Əhməd Rəcəbli küç., 23L, Bakı, Azərbaycan, AZ
1012